Bakıdakı bayram namazından - FOTOLAR

Bakıdakı bayram namazından -  FOTOLAR

Ramazan bayramı ilə əlaqədar Azərbaycan məscidlərində bayram namazı qılınıb. 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu gün müsəlmanlar Müqəddəs Ramazan bayramını qeyd edirlər.

Bu gün Ramazan ayının başa çatması münasibətilə səhər saat 9:00-dan etibarən ölkənin fəaliyyət göstərən bütün məscidlərində bayram namazları qılınıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər.

Təzəpir məscidində saat 9:00-da başlayan bayramı namaz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Əjdərbəy məscidində isə bayram namazı QMİ sədrnin müavini Hacı Salman Musayevin başçılığı ilə qılınıb.

İnsanlar həmçinin Azərbaycanın ərazi bütövlyünün bərpası, dövlətimizin ən ağrılı yarası olan Dağlı Qarabağ probleminin tezliklə həlli, Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua ediblər.

Möminlər həmçinin Ramazan bayramının vacib əməllərindən olan imkansızlara verilməsi üçün adambaşına fitrə zəkatı (pul, ərzaq və s.) çıxarıblar.

Qeyd edək ki, iyulun 17 və 18-də Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Fotolar: report


OXŞAR XƏBƏRLƏR

Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıq...

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ...

Həbsxanadan qaçan cinayətkarlar 140-dan çox qadın məhbusu öldürdülər

Konqonun Qoma şəhərində dəhşətli hadisə baş verib. Həbsxanadan qaçan cinayətkarlar həbsxananın qadın bölməsinə basqın edərək yüzlərlə qadına təcavüz edib, sonra...

Azərbaycanda iki nazir vəzifəsiBOŞDUR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə n...

Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.   Bir neçə aydan sonra illərlə y...

Ərdoğan Ştaynmayerlə qapalı görüş keçirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında görüş keçirilib.   Sfera.az xəbər verir ki, Ankarada k...