“Sünni və şiələr birlikdə namaz qılır...” - Şeyx

“Sünni və şiələr birlikdə namaz qılır...” -  Şeyx

"Azərbaycan həqiqətən də tolerant ölkədir. Tolerantlıq heç bir dövlətdə Azərbaycandakı səviyyədə deyil". 

Sfera.az  Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə bu gün jurnalistlərə açıqlamasında deyib.

Şeyxülislamın sözlərinə görə, Azərbaycanda müsəlmanlar arasında birlik var: “Bunun nümunəsi odur ki, sünni və şiə məzhəbinə aid olan insanlar birlikdə namaz qılırlar. Bununla dünyaya göstərmək istəyirik ki, Azərbaycanda birlik mövcuddur. Buna dövlətimiz də şərait yaradıb. Dövlət tərəfindən dinə və dindarlara böyük qayğı və dəstək var. Bunun bünövrəsini ulu öndərimiz Heydər Əliyev qoyub. İndi isə bu siyasəti prezident İlham Əliyev davam etdirir. Prezident dövlətimiz və xalqımızın mənəvi dirçəlişi üçün böyük işlər görüb”.

QMİ sədri bəzi ölkələrdən İslam dini adından sui-istifadə edərək, din pərdəsi altında iğtişaşlar törədilməsi və vəhşiliklər edilməsinə də münasibət bildirib: “Bilirsiniz ki, dünyanın ayrı-ayrı ölkələrində iğtişaşlar törədirlər. İslam dini adından sui-istifadə edirlər. Müsəlman müsəlmanın qanını tökməz. İslam dinlərarası, məzhəblərarası qarşıdurmanı qəbul etmir”.

A.Paşazadə əlavə edib ki, Azərbaycan dünyada bərabərliyin, sülhün tərəfdarıdır.


OXŞAR XƏBƏRLƏR

Dünyada Koreya dilində danışa bilən yeganə fil Kosikin heyranedici hekayəsi

Danışan heyvanlara dedikdə ağıllara ilk tutuquşular gəlir, amma danışa bilən bir fil haqqında heç eşitmisinizmi? Everland zooparkında yaşayan fil Kosik illərdir...

Zarafatlar edə bilən, insan dilini başa düşən meymun: Minecraft belə oynayıb

Sizə meymunun Pac-Man oynaya biləcəyini desək, inanarsınızmı? Bəs zarafat etdiyi bir tədqiqatçıdan aylar sonra üzr istəməsini eşitmisinizsə? Meymun Kanzi bunlar...

Uçuş zamanı qəflətən yoxa çıxan bələdçi gözlənilmədən tualetdə rəqs edərkən yaxalanıb - FOTO

BRITISH Airways-in ekipaj üzvü ABŞ-dan Böyük Britaniyaya uçarkən qəflətən yoxa çıxıb: narahat olan ekipaj üzvləri onu tapanda gördükləri şeydən təəccübləniblər....

"Leyla"nın yayımı ilə bağlı dəyişiklik

"Leyla: Hayat, aşk, adalet" serialı ilə bağlı dəyişiklik edilib.   Sfera.az xəbər verir ki, indiyə qədər çərşənbə günü yayımlanan serial, 1...

“Match TV”nin yayımının dayandırılmasının səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda "Match TV" kanallarının yayımı dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şura açıq...

Prezidentin dünya çempionları ilə görüşünün- VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasını qəbul edib.   Sfera.az həm...