Logo

Generalın qohumu məhkəmə qarşısında: “Peşmanam, içkiliydim...”

Generalın qohumu məhkəmə qarşısında: “Peşmanam, içkiliydim...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Apellyasiya Məhkəməsində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin işçilərini döyməkdə təqsirləndirilən idmançıların apellyasiya şikayətinə baxılıb.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizovun və Mahir İsgəndərovun barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb. Təqsirləndirilən şəxslər məhkəmə qərarından apellyasiya şikayəti veriblər. Apellyasiya şikayətinə hakim Əmir Bayramovun sədrliyi ilə baxılıb. Hakim İ.Əzizovun barəsində anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, o, 1992-ci ildə Şərur rayonunda anadan olub. Bakıxanov qəsəbəsində yaşayır.Əvvəllər quldurluq cinayəti törətdiyi üçün həbs olunub. Barəsində 3 il 6 ay həbs cəzası çıxarılıb. Lakin cəmi 3 ay həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.

Hakimin “törətdiyiniz əmələ görə özünüzü təqsirli bilirsinizmi?” sualına İsa Əzizov “bəli” cavab verib. O, İsa Əzizov yanacaqdoldurma məntəqəsinin işçisini döyərkən içkili olduğunu deyib və bildirib: “Gərək o da məni başa düşəydi”. İ.Əzizov deyib ki, İqtisad Universitetində oxuduğu üçün barəsində çıxarılan 30 sutkalıq inzibati həbs qərarının dəyişdirilməsini xahiş edir.

Hakim müşavirədən sonra qərarı elan edib və İ.Əzizovun barəsində çıxarılmış inzibati həbs qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, dünən mətbuatda İsa Əzizovdan Meksikaya qaçması barədə xəbərlər yayılmış və fotolar əlavə olunmuşdu. Hakimlər müşavirəyə gedən zaman İ.Əzizov jurnalistlərin suallarına cavab olaarq bildirib ki, ömründə heç vaxt Meksikada olmayıb və həmin fotonu paylaşan Meksikada yaşayan əmisi oglu Orxan Əzizovdur.

Xatırladaq ki, hadisə bir neçə gün əvvəl Bakının Tbilisi prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsində baş verib. Yayılan məlumata görə, 90 HN 999 dövlət nömrə nişanlı "Bentley” avtomobilində gələn İ.Əzizov yanacaqdoldurma məntəqəsinin işçisinə aldığı benzinin qarşılığında maşının şüşəsindən 100 manatlıq uzadıb, qalıq pulun geri qaytarılmasını tələb edib.

Bu zaman əməkdaş ondan gözləməyi xahiş edib. Amma bu, "Bentley” sərnişinlərinin xoşuna gəlmir və onlar həmin oğlanla mübahisə etməyə başlayıblar. Nə baş verdiyini aydınlaşdırmaq üçün maşına yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadiq Bağırov gəlib və sərnişinlərə gözləməyi tövsiyə edib. Bundan sonra mübahisə qızışıb və yanacaqdoldurma məntəqəsinin əməkdaşlarının döyülərək təhqir edilməsi ilə nəticələnib. Bir neçə dəqiqə sonra isə hadisə yerinə ağ rəngli "Prado” gəlib. Bu maşından da idmançılar düşərək məntəqənin işçilərinin üstünə gedib və dava etməyə başlayıblar. İsa Əzizov habelə maşından silah çəkərək YDM-in işçilərini hədələyib, “hamınızı güllələyib pulda basdıraram” deyib.

Xatırladaq ki, İsa Əzizov mətbuatda gedən yazılarda Azərbaycan Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin yaxın qohumu kimi təqdim olunurdu. Məhərrəm Əliyevin qardaşı, deputat Adil Əliyev isə bildirib ki, davada adı hallanan İsa Əzizov İ.Əzizovun onların uzaq qohumudur. "Onun bu cür addım atmasına inanmırıq. Əgər belə edibsə, biz təəssüflənirik" – deyə deputat bildirib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR