Azərbaycan Almaniyanın hərbi təyyarələrinə uçuş izni vermədi
Alman hərbçilərin NATO bazasına daşınması ləngidi
Almaniya Əfqanıstandakı hərbçilərini özünə məxsus təyyarələr ilə daşıya bilmir. Buna səbəb isə Azərbaycanın icazə verməməsidir. Alman hökuməti daşımalar üçün ABŞ təyyarələri və mülki hava gəmilərindən istifadə etməyə məcbur olub.
Alman ordusunun həftəlik ehtiyacları üçün istifadə etdiyi hərbi təyyarə Azərbaycandan keçib. Lakin Azərbaycan uçuşlara icazə vermədiyi üçün reys ləğv edilib.
Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərindəki Marmul NATO bazasında xidmət edən 1300 alman hərbçiləri aprelin sonuna kimi Amerikaya məxsus C17 təyyarələri ilə nəql ediləcəklər.
Alman mediasının iddiasına görə, yenidən uşuşlara icazə verilməsi üçün NATO Azərbaycanla danışıqlar məsələsini uzadır. Bunun üçün də aprel ayında olan daşımalar gecikir. Bu böhranın Almaniya ilə NATO arasında son illərdə yaranan problemlərlə bağlı olduğu deyilir.
Almaniya Müdafiə Nazirliyi mövcud hərbi hava daşınması həcminin hazırda yetərsiz olduğunu, yeni istiqamətlər müəyyən etmək üzərində iş apardıqlarını açıqlayıb.
Xaırladaq ki, Almaniya 2001-ci ildən Əfqanıstanda hərbçilərini saxlayır.






