Logo

Azərbaycanlı ABŞ-da həyat yoldaşını qətlə yetirdi

Azərbaycanlı ABŞ-da həyat yoldaşını qətlə yetirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli bilirlər.

Viskonsin-Dels şəhərinin polis departamentinin xəbərinə görə, Tatyana Qujva ötən cümə axşamı, aprelin 4-də axşam Vaşinqton bulvarında yerləşən evdə ölü tapılıb.

Polis onun ərini, 31 yaşlı Fuad Paşayevi şübhəli qismində saxlayıb. İlkin məlumata əsasən, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. O zaman da zərərçəkmiş Tatyana olub.

Hazırda iş Kolumbiya dairə məhkəməsinin sərəncamındadır. Paşayevə qarşı aşağıdakı ittihamlar irəli sürülüb – boğma, azadlıqdan qanunsuz məhrumetmə, əmlakın məhv edilməsi, hücum və daha beş qanundan kənar davranış tərzi.

Tatyana Qujva yanvarın 3-də polisə müraciət edib və bildirib ki, Paşayevin onu öldürəcəyindən qorxur. O deyib ki, üç il birlikdə yaşayıblar və bütün bu müddət ərzində Paşayev alkoqollu içkilər qəbul edərək, həyat yoldaşını döyüb.Virtualaz

Azərbaycanlı ABŞ-da həyat yoldaşını qətlə yetirdi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR