Qəbələdə 2 min metr yüksəklikdə restoran açıldı !

Qəbələdə 2 min metr yüksəklikdə restoran açıldı !

"Marja" xəbər verir ki, İyulun 18-də Qəbələnin Duruca kəndi yaxınlığında dəniz səviyyəsindən 2000 metr yüksəklikdə restoran və “Duruca” kəndindən həmin restorana kanat xətti açılıb.  Dikliyi ilə fərqlənən kanat xətti “Tufandağ” qış-yay istirahət kompleksinin 4-cü xəttidir.

“Yatmış gözəl” adı verilmiş restoran gözəl mənzərəyə açılır. Bu restoranda Qəbələdə istehsal olunun şərabların geniş çeşidi təklif olunur, həmçinin müxtəlif şiriniyyatlar ilə çay sifariş vermək mümkündür. Yaxın günlərdə restoranda ət yeməkləri (əsasən “steak”lər ) də qonaqlara təqdim olunacaqdır.

"Restoranı axşam saat 4 radələrində istifadəyə verdik. Axşama qədər bütün qidalar tükədildi. Restoran 2000 metr yüksəklikdə yerləşdiyindən böyük maraq var. Kanat xətti də dünən istifadəyə verilib. Hazırda terrasların yaradılması işi görülür", - restoranın administratoru bildirdi.

“Yatmış gözəl” restoranında dequstasiya zalı, çəlləklərdə şərabların saxlandığı anbar da mövcuddur.

“Yatmış gözəl” restoranına kanat ilə getmək mümkündür. Kanatdan istifadə etmək üçün xidmət haqqı 10 manatdır.  


OXŞAR XƏBƏRLƏR