Azis Bakıya gəlir - FOTO/VİDEO

Azis Bakıya gəlir -  FOTO/VİDEO
Dünyanın ən məşhur, bəlkə də bir nömrəli transvestit olan Azis Bakıya gəlir. Anspress-in məlumatına görə, müğənni 5 gün sonra təçkilatçı Samir Xəttabın rəhbərlik etdiyi "Xattab Organization"un təşkilatçılığı ilə paytaxtda konsert verəcək. Bolqar estrada ulduzunun konserti 25 iyul tarixində Xəzərin sahilində yerləşən əyləncə mərkəzlərinin birində baş tutacaq. 
Transın konsertinin biletləri yetərincə baha olsa da, (VIP- 100 AZN, Silver -150 AZN, Gold- 250 AZN, ayaq üstü biletlər isə 30 AZN) onun çıxış etdiyi məkana hər kəs daxil ola bilməyəcək. Konsertin reklamlarında bildirilir ki, tamaşaçılar "Face Control"dan keçəcək. Yəni hansısa tamaşaçının xarici görünüşü xoşa gəlməsə konsertə buraxılmayacaq. Çünki təşkilatçılar qonağın biletinin olmasından asılı olmayaraq, biletin pulunu geri qaytararaq gecəyə buraxmamaq hüququnu özündə saxlayır. Buna səbəb müştərinin qeyri-adekvat vəziyyəti, geyim üslubu ola bilər.
Qeyri-adekvat vəziyyət dedikdə, böyük ehtimalla cinsi azlıq olmayanlar nəzərdə tutulur ki, onların da Azisi xoş niyyətlə görmək arzusu inanılası deyil. Görünür təşkilatçılar məhz hansısa təxribatın olacağından ehtiyat edirlər. Axı konsertin reklamlarında Azisin tamaşaçılara sürprizlər edəcəyi anons edilir. Sözsüz ki, çətin ki, onun sürprizlərini cinsi azlıq kateqoriyasına aid olmayanlar adekvat qarşılasın...