Türkiyədə dəhşətli partlayış nəticəsində onlarla insan ölüb - ) YENİLƏNİB + FOTO + VİDEO (18+
Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb. Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir. Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili olan Leyla Güvən isə ölənlərin sayının 100-dən çox olduğunu deyib. O, “Reuters”ə açıqlamasında Amara Mədəniyyət Mərkəzində yerləşdirilən 300 nəfərin arasında sağ qalanın olmadığı iddia edib.
15:05
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib. Sfera.az APA-ya istinadən xəbərinə görə, hadisə yerli vaxtla saat 11.45-də (Bakı vaxtilə 13.45) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, hadisə yerində 10 nəfər ölüb, xeyli sayda yaralı var. Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur.