Logo

“Aprel döyüşlərinin Türk hərb tarixində xüsusi yeri var”

“Aprel döyüşlərinin Türk hərb tarixində xüsusi yeri var”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aprel döyüşləri Azərbaycanın hərbi-siyasi gücünü ortaya qoydu.

Bu sözləri "SinerjiPro"nın rəhbəri Ufuk AYDIN bildirib.

"Aprel döyüşlərində Azərbaycan Ermənistanın təxribatına yüksək səviyyədə cavab verdi. Döyüşlər Azərbaycan ordusunun hərbi gücü ilə yanaşı, siyasi-diplomatik qələbəsini şərtləndirdi. Azərbaycan döyüşlərdə igid övladlarını itirdi,qazilərimiz oldu. İgid əsgərlərimiz düşmənin illərdir ki, özü haqqında yaratdığı "qalib” qalib obrazını darmadağın etdilər.

Üstəlik, dünya birliyi Azərbaycan xalqının öz torpaqları uğrunda ölməyə hazır olduğunun şahidi oldu. Deyərdim ki, aprel döyüşlərinin Türk hərb tarixinə xüsusi yeri var. Strateji postlar Azərbaycan ordusunun nəzarəti altında keçdi. Bu gün Azərbaycan əsgərləri düşmənin strateji yerləri nəzarətində saxlayır. İnşallah gec-tez Qarabağ torpaqları azad olunacaq.

Çünki min illərdir ki, Qarabağ torpaqlarında  Azərbaycan türkləri yaşayıb. Bundan sonra yaşayacaq”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR