Dünya bu qoldan danışır - VİDEO

Dünya bu qoldan danışır -  VİDEO
Argentina çempionatının ötən turunda azarkeşlər gözəl qola şahidlik edib.
Boka Xuniors - Kilmesa matçında qeydə alınmış qol göz oxşayıb.Qolu Boka Xuniorsun hücumçusu Xonatan Kalyeri rəqib qapısından keçirib. 
Matçın 52-ci dəqiqəsində rəqib komandanın cərimə meydançasında əlverişli qol vəziyyətində olan hücumçu topu xüsusi fintlə qapıçı və iki müdafiəçinin başı üzərindən tora yönəldərək adını tabloya yazdırıb. Həmvətəninin bu bacarığını dünya futbolunun yaşayan əfsanəsi Dieqo Maradona da ayaq üstə, alqışlarla qarşılayıb.
Xonatan Kalyerinin fərdi ustalığı sayəsində vurduğu bu qol həm də matçın yekun hesabını təyin edib və nəticədə Boka Xuniors Kilmesa üzərində 2-1 hesablı qələbə qazanıb.  (anspress.com)
Sfera.az

OXŞAR XƏBƏRLƏR