"Barselona" transferə 300 milyon avro ayırdı
Kateqoriya məlum deyil
"Barselona" yay transfer pəncərəsi üçün 300 milyon avro büdcə ayırmağa qərar verib.
Kataloniya klubu bu məbləğin 75 milyon avrosunu "Ayaks"ın yarımmüdafiəçisi Frenk de Yonq üçün ödəməyi planlaşdırır.
"Barsa"nın digər hədəflərinin Luka Yoviç və Antuan Qrizmann olduğu iddia olunub.
Ancaq bu büdcənin ayrılması üçün La Liqa təmsilçisi bəzi futbolçuları ilə yolları ayırmağı düşünür. Bu oyunçuların Filip Koutinyo, Samuel Umtiti və İvan Rakitiç olduğu iddia olunur.






