Bakıda həyətdə "brend" mal hazırlayanlar tutuldu FOTOLAR

Bakıda həyətdə
Spirti də kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurublar

Azərbaycanda məşhur brendləri saxtalaşdıranlar ələ keçdi. Vergilər Nazirliyindən verilən məlumata görə, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş əməliyyat məlumatı əsasında, vergi əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən "Mini market”də və Gəncə prospektində yerləşən "Şərab evi mağazası”nda həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu mağazalardan külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib.

Müəyyən edilib ki, Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsində yerləşən fərdi yaşayış evlərindən birində vətəndaş Əliyev Şahin Hacı oğlunun rəhbərliyi altında spirt məhsulları kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurulur. Məhkəmə qərarı əsasında fərdi yaşayış evində aparılmış axtarış zamanı Rusiya və yerli istehsal adlı 1059 ədəd saxta aksiz markası,  286 ədəd hazır alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, 5 qutu tıxac, 1 qutu və 2 bağlama etiket aşkar edilib. Bundan başqa, bir neçə qutu saç rəngləyiciləri də aşkar edilib və hazırda həmin kimyəvi qatqıların alkoqol məhsullarının istehsalında istifadə edilib-edilməməsi araşdırılır.

Beləliklə, aparılan tədbir zamanı qanunsuz gəlir əldə etmək məqsədilə istehlakçıların kütləvi şəkildə aldadılması, insan orqanizmi üçün təhlükə yarada biləcək saxta məhsulların hazırlanması, aksiz markalarının saxtalaşdırılması hallarına yol verilməsi müəyyən edilib. Aşkar edilmiş faktlar üzrə cinayət işi qaldırılıb, Şahin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, ev 53 ünvanda yerləşən həyət evində bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Xəzər Rayonu Məhkəməsinin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən həmin ünvanda yerləşən Həmidov Əlövsət Akif oğluna  məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı bir sıra brend markalara, o cümlədən "Ariel”, "Vernel”, "Calgon” və "Domestos” adlı markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanaraq satışa hazırlandığı müəyyən edilib. Ə.Həmidov qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurularaq hazırladığını və müxtəlif obyektlərə, o cümlədən "Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə təqdim etdiyini etiraf edib.

Bundan başqa baxış zamanı məhsulların hazırlanması məqsədilə istifadə edilməmiş boş qutular və etiketlər aşkar edilib.

Saxta məhsulların hazırlanmasında Həmidov Əlövsət Akif oğlundan başqa daha 4 nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. Qeyd olunan faktlarla əlaqədar araşdırma aparılır.

Beləliklə, aparılan nəzarət tədbirləri zamanı hər iki halda yerli və xarici istehsalçıların məhsullarını saxtalaşdırmaqla onların intellektual mülkiyyət hüquqlarına və işgüzar nufuzuna zərər vurulması və vergidən yayınma halları müəyyən edilib.





OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...