Logo

"Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması..."

"Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması..."
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalmaqdadır.

APA-nın "NEWS.am"a istinadən verdiyi xəbərə görə, bunu İrəvanda səfərdə olan Aİ Şurasının rəhbəri Donald Tusk Ermənistan prezidenti Serj Sarkisyan ilə keçirdiyi birgə brifinqdə bildirib.
 
Görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsi daxil olmaqla beynəlxalq siyasətə dair bir çox məsələləri müzakirə ediblər. "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalmaqdadır və bu səbəbdən Aİ həmişə Ermənistan və Azərbaycan arasında barışığa nail olunmasına və dialoqun bərpa  edilməsinə yönəlmiş səyləri  dəstəkləyir", deyə Tusk əlavə edib.    
 
"Tərəflər atəşkəs sazişinə hörmətlə yanaşmalıdır", deyə o bildirib.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR