“Tərəqqi” medalı alan teleaparıcı - “Şokdayam...”

“Tərəqqi” medalı alan teleaparıcı -  “Şokdayam...”

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Kütləvi İnformasiya Vasitələri əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Sfera.az xəbər verir ki, "Tərəqqi" medalı ilə təltif edilən ATV telekanalının aparıcısı Samirə Mustafayeva təəssüratlarını axşam.az-la bölüşüb:

"Şokdayam. Hələ də inana bilmirəm. Telefonum qəfildən dalbadal zəng çalmağa başladı. Hamı təbrik edirdi, amma səbəbini bilmirdim. İlk olaraq həmkarım Alidə Mustafayeva açıqladı ki, mükafatlandırılmışam. 31 yaşım var, ömrümün 12 ilini televiziyaya həsr etmişəm. Ölkə başçısının biz jurnalistlər üçün etdiyi bu iş böyük stimuldur. Bu gün mən həmkar birliyini də hiss etdim. Digər telekanallardan aparıcılar zəng vurub məni təbrik etdilər. Bütün jurnalistlərə bu sevinci yaşamağı arzu edirəm".

Qeyd edək ki, ATV kanalından daha iki nəfər -  Ceyhun Səfər “Tərəqqi" medalına, Lalə Azərtaş isə "Prezidentin fəxri diplomu" ilə təltif edilib.

Sfera.az 


OXŞAR XƏBƏRLƏR