Logo

Bakıda əxlaqsızlıq yuvaları olan kafelər sökülür - FOTOLAR

Bakıda əxlaqsızlıq yuvaları olan kafelər sökülür - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün saat 19 radələrində Sabunçu bazarı ərazisində fəaliyyət göstərən kafelərin söküntüsünə başlanılıb. 

Sfera.az musavat.com-a istinadən məlumatına görə, söküntü işləri Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılır. Sökülən kafelər Sabunçu bazarının ərazisində yerləşir.

Bir neçə gün əvvəl musavat.com saytı bu cür kafelərin fəaliyyəti haqda geniş yazı yazmışdı. Yazıda kafelərdə Azərbaycanın müxtəlif rayonlarından Bakıya gələn azyaşlı qızların əvvəlcə ofisiant kimi işlədiyi, daha sonra isə insan alverinin qurbanı olduğu qeyd edilirdi. Bu kafelərdə baş verən bir neçə dava və qətl hadisələri haqda da məlumat verilmişdi.

Saytın dərc etdiyi yazıda hazırda söküntü işlərinin getdiyi kafedə baş verən və azyaşlı qızların da iştirak etdiyini əks etdirən videogörüntü yerləşdirilmişdi.

Sayt gənc qızların bu yoldan çəkindirilməsi, bu cür kafelərin fəaliyyət göstərməsinə şərait yaradanların cəzalandırılması üçün hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlərin görülməsinin vacibliyini də diqqətə çatdırmışdı.Bakıda əxlaqsızlıq yuvaları olan kafelər sökülür - FOTOLARBakıda əxlaqsızlıq yuvaları olan kafelər sökülür - FOTOLARBakıda əxlaqsızlıq yuvaları olan kafelər sökülür - FOTOLARBakıda əxlaqsızlıq yuvaları olan kafelər sökülür - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR