Logo

Metronun iki yeni stansiyası eyni vaxtda açılacaq

Metronun iki yeni stansiyası eyni vaxtda açılacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Metropoliteninin tikilməkdə olan "Avtovağzal" və "Memar Əcəmi 2" stansiyaları 2016-cı ilin birinci yarısında sərnişinlərin istifadəsinə veriləcək.

Sfera.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, hazırda hər iki stansiyada avadanlıqlar quraşdırılır və abadlıq işləri həyata keçirilir.

N.Paşayev qeyd edib ki, tikinti işləri qrafikə uyğun aparılır: "Hər iki stansiyanın açılışı eyni vaxtda planlaşdırılır. Yenı stansiyalarda fiziki qüsurlu insanların rahatlığı üçün liftlər quraşdırılıb. Rabitə, işarəvermə, elektrik və havalandırma işləri yekunlaşandan sonra stansiyaların açılışını etmək olar".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR