Logo

Kəlbəcərin işğalından 26 il ötür...

Kəlbəcərin işğalından 26 il ötür...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

26-ili tamam oldu Kəlbəcərin işğalının. 26 ildir ki, Kəlbəcər dağları baharın gəlişini yurddaşsız qarşılayır. 26 –ildir ki, boynu bir az da bükülmüş bənovşələr, rəngi daha da saralmış nərgiz gülü yurdaşlarının qaydışını həsrətlə gözləyirlər.

Şır-şır axan bulaqlar, sıx meşələr, geniş ormanlar nə vaxt gedib onlara yiyə duracağımız günü səbirsizliklə gözləyirlər.

Ah! Biz yurddaşlar isə özümüzdə təpər tapıb 100 km məsafəni 26 ilə qət edib gedə bilmirik.

26 ildir Kəlbəcərdə döğulan erməni uşaqlarının pasportlarında yazılır ki, Kəlbəcərdə doğulmuşdur. Onlar isə Kəlbəcər təbiətindən bəhrələnərək kəlbəcərli kimi böyüyürlər.

Biz isə? 26 il müddətində hay-küylü şəhərdə, quru asfalt üzərində ərsəyə çatmış uşaqlarımıza Kəlbəcərin əsrarəngiz gözəlliklərini, təbiətini necə sevdirək? Mümükün deyil.

Görəsən bizim günahımız nədir ki, Allah bizim dualarımızı qəbul etmir. Hər il Kəlbəcər vətəndaşları "gələn il yazı Kəlbəcərdə qarşılayaq” deyə dua edirlər. Ancaq dualarımız müstəcəb olmur ki, olmur. Artıq yaşlı və orta nəsilin azaldığı üçün yəqin dua edənlər də azalmışdır.

Nə etməli? Görünür küskün həyatımızla barışmaqdan başqa əlacımız qalmır. Şəhidlərimizin ruhu bizi bağışlasın. Görünür ki, yurdlarımıza layiqli yurddaş olmaq bizə qismət deyilmiş.

Cənab Prezidentə can sağlığı, Silahlı qüvvələrimizin qüdrətli olmasını arzu edirəm.

Yenə də ruhdan düşməyək. Arzu edək ki, ordumuzun Kəlbəcərin və bötövlüklə itirilmiş torpaqlarımızın tezliklə azad edilməsinə şərait yaransın.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR