Logo

Ürək parçalayan səhnə: iki gəncin əl-ələ ölüm anı...

Ürək parçalayan səhnə: iki gəncin əl-ələ ölüm anı...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədəki dəhşətli partlayışdan foto

Xəbər verdiyimiz kimi Türkiyənin Şanlıurfa vilayətinin Suruç qəsəbəsində 31 nəfərin ölümünə səbəb olan partlayış baş verib. Sfera.az bizimyol.info-a istinadən xəbər verir ki, terror aktı ilə bağlı artıq 3 şübhəli var. Terrorun İŞİD tərəfindən hazırlandığı güman edilir.

Partlayış nəticəsinə 31 nəfər dünyasını dəyişib, 101 nəfər isə yaralanıb. Partlayışdan sonra çəkilən, 2 gəncin əl-ələ tutduğu görüntü isə qəzetlərin ilk səhifəsində yer alıb. Gənclərdən biri dünyasını dəyişib. Digəri isə ağır yaralıdır.

Qeyd edək ki, 300 nəfərdən ibarət qrup Suruçda toplaşaraq mətbuat açıqlaması verirdi. Onlar açıqlamadan sonra sərhədi keçərək Suriyanın Kobani şəhərinə daxil olmağı planlaşdırırdılar. Gənclər Kobanidə dağıdılmış binaların tikintisində, parkların salınmasında könüllü olaraq iştirak etmək istəyirdilər.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR