Vyana görüşünün 3 mühüm nəticəsi: Əsirlər...

Vyana görüşünün 3 mühüm nəticəsi: Əsirlər...
Vyana görüşü Qarabağ məsələsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinə yeni təkan verə bilər.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibəsini şərh edən "Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert bildirb ki, Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşünün yekunundan üç mühüm nəticə hasil olur:

"Birincisi, Paşinyan professional mövqeyə malik olmadığından o danışıqlar barədə hərtərəfli məlumatlandırıldı Çünki o, yersiz bəyanatlar verməklə tez-tez səhvlərə yol verirdi. Vyanda danışıqların uzun sürməsi məhz bununla əlaqədar idi.

İkincisi, Dağlıq Qarabağ separatçılarının üçüncü tərəf kimi danışıqlara cəlb edilməsi planı iflasa uğradı. Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 9 mart bəyanatını nahaq yerə xatırlatmadı və danışıqların formatının dəyişdirilməsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Üçüncü ən önəmli məsələ isə danışıqlar prosesinə humanitar məsələlərin əlavə olunması idi. Zənnimcə, humanitar aksiyaların danışıqlar prosesinə cəlb olunması özündə əsirlərin dıyişdirilməsini ehtiva edir. Düzdür, bu hələ açıqlanmayıb, ancaq söhbət ilk növbədə 2014-cü ildə Kəlbəcərdə öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevdən gedir. Bu isə özlüyündə sülh danışıqlarının davamlı və nəticəli olması baxımından çox vacibdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 29-da ATƏT-in Minsk Qrupu çərçivəsində Vyanada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü barədə Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində danışıqlara yeni təkan verildiyini və prosesin humanitar aksiyalarla dəstəklənməli olduğunu diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu kreditlər bahalaşdı

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.   Sfera....

Doqquzuncu siniflərin DİQQƏTİNƏ

7-17 iyul tarixlərində learn.algoritmika.az platformasında "Rəqəmsal Bacarıqlar təmayüllü" 10-cu siniflərə qəbul imtahanının ikinci mərhələsi keçirilə...

Xalq artisti etiraz etdi: “Onlarla eyni verilişdə olmayacağam”

Son illər sənət cameəsində tanınan, səviyyəli və orta, yaşlı nəsli təmsil edən sənətkarları televiziya proqramlarında demək olar ki, nadir hallarda görürük. Xüs...

Hava ilə bağlı XƏBƏRDARLIQ: Leysan olacaq

İyulun 8-9-da Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli ol...

2 nəfərin öldürüldüyü qanlı insidentlə bağlı məhkəmə başladı

Bakıda 2 nəfəri öldürməkdə təqsirləndirilən Nurani Məmmədov, Tural Məmmədov, Yunis Rəhimov, Sərxan Şahbazov və Ramin Quliyevin cinayət işi üzrə növbəti məhkəmə ...

Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər

Heyvanlardan insanlara keçən xəstəliklər dünya üzrə geniş yayılıb və bir çox hallarda ciddi sağlamlıq problemlərinə səbəb olur.   Ümumdünya Səhiyyə T...