“Diqlas”da zərər görən sahibkarlara kompensasiya təklifi –Nazim Bəydəmirli bir ilədək müavinət verilməli olduğunu deyir

“Diqlas”da zərər görən sahibkarlara kompensasiya təklifi –Nazim Bəydəmirli bir ilədək müavinət verilməli olduğunu deyir
Keçmiş millət vəkili, iqtisadçı alim Nazim Bəydəmirli "Diqlas”Ticarət Mərkəzində baş verən yanğın zamanı dəyən ziyanın kompensasiya edilməsi ilə bağlı təkliflər verib.

Sfera.az ekspertin təkliflərini oxculara təqdim edir:

1. Hər dükan sahibinə ailə üzvlərinin sayına görə 180 manatdan 6 aylıq və ya bir illik işsizlik müavinəti təyin etmək (180 manat ölkə üzrə yaşayış minimumu, iş yerinin bərpası 6 aydan bir ilə qədər proqnozlaşdırılır).

2. Obyekt sahibinə ticarət mərkəzinin bərpası üçün 6 aydan bir ilə qədər vaxt vermək.

3. Ticarət mərkəzinin əvvəlki vəziyyətinə gətirilməsi üçün obyekt sahibinin lazımi vəsaiti yoxdursa, kredit resursları ayırmaq, imtina etsə dövlətin balansına götürmək və tender əsasında yeni idarəçiyə gələcəkdə özəlləşdirmək şərti ilə vermək.

4. Obyektin tam bərpasına qədər üçtərəfli komissiyanın (obyekt sahibləri, icarəçilər və dövlət orqanlarının nümayəndələri) konsensus əsasında alınmış rəyinə əsasən hər dükan sahibinin zərərini müəyyənləşdirmək.

5. Zərər müəyyənləşdirildikdən sonra tərəflərin məsuliyyətinə (obyekt sahibi ilə yanaşı dövlətin də məsuliyyəti var) adekvat olaraq bu zərərin bölüşdürülməsini təmin etmək. 

6. Zərərin əvəzini ödəmək üçün obyektin girov zəmanəti ilə kredit cəlb etmək və bu kreditləri dükanların fəaliyyətə başlanması üçün mal alışına yönəltmək.

7. Obyekti yararlı vəziyyətə gətirənə qədər dükan sahiblərinin əldən çıxmış faydalarını əvəzləmək üçün 6 ay və ya bir il müddətinə vergi güzəştləri vermək.

Nazim Bəyədmirli sonda qeyd edib ki, belə və yaxud bu sxemə yaxın mexanizm düşünülsə, dövlət büdcəsinin itkisi ancaq müavinət verməklə məhdudlaşar və məbləğ 1.8 – 3.6 milyon manat ətrafında ola bilər, ən pis halda 5 milyon manatı keçməz.

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...

Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyasına dair - AÇIQLAMA

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair açıqlama yayıb.   ...