Paşinyan İlham Əliyevlə danışıqlara, 30 tərəfdarı isə Qarabağa yollandı- “Sürpriz” bu imiş...

Cəmiyyət
10:42 / 29.03.2019
4848
Belələrinə danışıq, söz kar eləməz, yalnız təpələrinə qəfil, sərrast və güclü zərbə lazımdır...
İşğalçı ölkənin baş naziri N.Paşinyanın Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi ərəfədə onun lideri olduğu "Mənim addımım" alyansının parlament fraksiyasının bir qrup üzvü Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza yollanıblar.
Bu barədə Ermənistan mediasına müsahibəsində "Mənim addımım” parlament fraksiyasının katibi Akop Simidyan danışıb. Məlum olub ki, fraksiyanın 30 deputatı martın 29-dan -31-dək Azərbaycan torpaqlarında olacaq. Simedyan deyib ki, bu, Paşinyan fraksiyasının Qarabağa ilk səfəridir.
Azərbaycan dövlətinin qanunlarını və beynəlxalq prinsipləri tapdayan rəsmi(!) erməni deputat qrupuna işğalçı ölkənin vitse-spikeri Lena Nazaryan, "Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makunts və bəzi daimi komitə rəhbərləri daxildir. İşğalçı deputatlar Xankəndində qondarma separatçı-terrorçu rejimin "parlamenti” adlanan qanunsuz qurumda və s. görüşlər keçirməyi planlaşdırır. Moderator