Paşinyan müharibəyə hazırlaşır – Ekspertdən iddia

Paşinyan müharibəyə hazırlaşır – Ekspertdən iddia
Bütün hallarda Ermənistanın Dağlıq Qarabağla bağlı son gedişləri, bəyanatları bu ölkənin atəşkəsi pozaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlamaq ehtimalının olduqca yüksək səviyyədə olduğunu göstərir.

Bu sözləri açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Paşinyan hakimiyyətə gələndən bu günə qədər Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində konstruktiv mövqe nümayiş etdirməməsi müşahidə edilir:

"Paşinyanın mart ayının 12-də Ermənistan Təhlükəsizlik Şurasının iclasını ilk dəfə Azərbaycanın işğal altında olan torpaqlarında keçirməsi birbaşa ATƏT-in Minsk Qrupu həmsədrlərinə və Azərbaycana qarşı çağırış idi. Paşinyan eyni zamanda danışıqlarda Dağlıq Qarabağda yaşayan erməniləri təmsil etmədiyi üçün onların da prosesdə iştirakının vacibliyini dəfələrlə vurğulayıb. Burada bəzu suallar önə çıxır: Birincisi, Nikol Paşinyan bununla özündən əvvəlki hökumətlərin Qarabağın sülh yolu ilə həlli üçün apardığı danışıqların öz hüquqi qüvvəsini itirdiyini demək istəyir? İkincisi, Paşinyan Dağlıq Qarabağ ermənilərinin onu baş nazir seçmədiklərinə görə onlara vəkillik etmədiyini bildirirsə, qondarma rejim ona danışıqlarda iştirak etmək məsələsini gündəmə qaldırmağa vəkalət verirmi? Üçüncüsü, bu gün Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı iki tərəf arasında hər hansı hüquqi razılaşma varmı? Paşinyan öncə bu suallara aydınlıq gətirmədilər”.

Politoloq vurğulayıb ki, iki gün öncə Paşinyanın Müdafiə Nazirliyində generallarla qapalı görüş keçirməsi də olduqca maraqlı məsələdir:

"Paşinyan hökuməti artıq diplomatik gedişlə bərabər hərbi müstəvini də ön plana çıxarır. Yəni o, diplomatik təşəbbüslərin hərbi yolla dəstəklənməsi təşəbbüsünü gündəmə gətirir. Bu da istər-istəməz Ermənistanın hərbi əməliyyatlara başlamaq ehtimalının yüksək olmasını göstərir”.Axar

OXŞAR XƏBƏRLƏR

Qardaş Türkiyə rəhbərliyini alqışlayırıq - Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyi PKK terror təşkilatının özünü ləğv etməsi barədə bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bu barədə qurumun &...

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...