“Dövlətin pulu məmurların saxladığı arvadlara xərclənir”
Kateqoriya məlum deyil
"Hər bir məmurun belə ticarət mərkəzləri, restoran və şadlıq sarayları var”.
"Yeni Sabah”ın məlumatına görə, bunu Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, Azərbaycan dövlətinin pullarının hamısı məmurların özlərinə, övladlarına və saxladığı arvadlara xərclənir:
"Məmurların bu qədər varlanması və özünə var-dövlət toplaması xalq arasında qıcıq yaradır. Milləti küçələrə tökən elə məmurların hərəkətləridir. Ölkə başçısı çox ciddi addımlar atır, amma onun addımlarına kölgə salan bu cür məmurlardır. Ona görə də o mülklərin hamısı məmurların əlindən alınmalı və xüsusi bir fond yaradılaraq həmin mülklər satılaraq xalqa qaytarılmalıdır”.






