İlham Əliyev jurnalistlərlə bağlı sərəncam imzaladı

İlham Əliyev jurnalistlərlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev mətbuat işçiləri üçün yaşayış binasının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sfera.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.


Bibiheybətdə jurnalistlər üçün tikilən mənzilin açılış mərasimində İlham Əliyev iştirak etmişdi

2013-cü il iyulun 22-də jurnalistlər üçün Bakının Bibiheybət qəsəbəsində tikilmiş çoxmərtəbəli ev istifadəyə verimişdi. Mərasimdə prezident İlham Əliyev də iştirak etmişdi. 

Ötən gün isə Prezident İlham Əliyev kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir sıra şəxslərə prezidentin fərdi təqaüdü verilib.

Bu gün prezident İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə də görüşüb.


OXŞAR XƏBƏRLƏR