Zakir Həsənovun jurnalistlərə arzuları

Zakir Həsənovun jurnalistlərə arzuları

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələri nümayəndələrini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, nazir media nümayəndələrini Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edib və onlara fəaliyyətində daha böyük yaradıcılıq uğurları arzulayıb.

Z.Həsənov qeyd edib ki, xalqımızın görkəmli ziyalısı və vətənpərvər oğlu Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunan "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız 140 illik tarixi ərzində çətin və şərəfli yol keçib, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub, dünyanın informasiya şəbəkəsindəki yeri artıb, rəqabət fəaliyyəti xeyli yüksəlib.

Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin sərəncamına əsasən respublikamızda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə bir qrup şəxsin orden və medallarla təltif edilməsi, fəxri adlara layiq görülməsi Silahlı Qüvvələrimizin də şəxsi heyətinin böyük sevincinə səbəb olub: "Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da qeyd edildiyi kimi, kütləvi informasiya vasitələri bundan sonra da daha peşəkar, obyektiv və prinsipial olacaq, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutacaq və mətbuatımız müasir cəmiyyət quruculuğunda, milli-mənəvi dəyərlərin təbliği, gənc nəslin vətənpərvərlik tərbiyəsi, eləcə də Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə layiqli töhfələrini verəcəklər.

Sizi bir daha milli mətbuatımızın yaranmasının 140 illik yubileyi münasibətilə təbrik edir, çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram".

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...