Logo

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

Azərbaycan bu dəfə - Türkiyənin gözündə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən həftə xarici informasiya portalı olan “Buzzfeed”də azərbaycanlı olmağın kənardan necə göründüyünün yumorist yanaşma ilə şahidi olduq. Sfera.az “qafqazinfo”-a istinadən xəbər verir ki, bu dəfə isə Türkiyənin “Onedio” portalı Azərbaycanı daha yaxından tanıtmaq üçün yazı hazırlayıb. 

Yazıda qeyd olunur ki, Şərqlə Qərb arasında körpü olan bu ölkəni tanımaq üçün ən azı bu 15 nüansı bilmək vacibdir: 

1. Azərbaycan dünyanın ən qədim neft ixracatçısıdır və dünyadakı ilk nefti qazma üsulu ilə 1847-ci ildə Abşeronda çıxarılıb.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

2. 1918-ci ildə müstəqilliyini elan edən AXC Şərqdə ilk demokratik respublika olub. 

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

3. Ermənistanın işğalı nəticəsində dünyada öz ölkəsindən köçmək məcburiyyəti olan ən çox immiqrant (qaçqın) insan (1 milyondan çox) Azərbaycandadır.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

4. ABŞ və İsveçrədən əvvəl qadınlara seçmə və seçilmə haqqı verən dünyadakı ilk müsəlman ölkə Azərbaycandır (1918). 

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

5. Azərbaycanın milli valyutası olan manat dünyanın 5-ci qiymətli pul vahididir.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

6. Məşhur bəstəkar Üzeyir Hacıbəyovun "Leyla ilə Məcnun" operası şərq ölkələrində bəstələnən ilk opera olaraq tarixdə qalıb. Əlavə olaraq onu da qeyd edək ki, Şərqdə opera yazan ilk qadın da azərbaycanlı Şəfiqə Axundova olub.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

7. Azərbaycan 2006-cı ildə 35%-lik artım sürəti ilə dünyada ən sürətli böyüyən ölkə, Dünya Bankı statistikasını görə isə 2009-cu ildə ən islahatçı ölkə olub.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

8. Dünyanın ən keyfiyyətli kürüsü Xəzər dənizinin Azərbaycan sahillərindən çıxarılır. Dünya kürü istehsalının 80% -i buradan qarşılanır.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

9. Türk Respublikaları arasında oxumaq və yazmaq nisbəti ən yüksək ölkə Azərbaycandır.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

10. Dünyada olan 11 iqlimin 9-u Azərbaycanda var.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

11. Azərbaycan dünyada "Odlar Yurdu", Bakı isə "Küləklər Şəhəri" olaraq tanınır.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

12. Xəzər dənizinin ən dərin yeri 1025 metr ilə Azərbaycandadır.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

13. Azərbaycanın ilk universiteti olan BDU 1919 tarixində yaradılıb.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

14. Dünyada Ankara hökumətini ilk tanıyan ölkə Azərbaycandır.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

15. Sovet İttifaqı dağıldıqdan sonra yaranan Respublikalar arasında “Eurovision”u qazanan ilk ölkə Azərbaycandır.

Azərbaycan bu dəfə - Türkiyənin gözündə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR