«Qarabağa sülhməramlılar göndəriləcək»

«Qarabağa sülhməramlılar göndəriləcək»
Ceyms Uorlik münaqişənin hərtərəfli nizamlanmasının elementlərini açıqlayıb
"Tərəflər hələlik detalların müzakirə ediləcəyi bu mərhələyə çatmayıb"
Beynəlxalq sülhməramlıların yerləşdirilməsi  Dağlıq Qarabağ münaqişəsinin  hərtərəfli nizamlanmasının elementlərindən biri olmalıdır. Bu barədə İrəvanda səfərdə olan Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, danışıqlar vasitəsi ilə bir neçə elementlər üzrə razılığa gəlmək vacibdir.  Bura, həmçinin, Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, qaçqın və məcburi köçkünlərin yerlərinə qaytarılması, beynəlxalq sülhməramlıların yerləşdirilməsini nəzərdə tutan təhlükəsizlik zəmanəti və Dağlıq Qarabağ əhalisinin iradəsini azad ifadə etmə yolu ilə statusun müəyyən edilməsi daxildir.            

Amerikalı həmsədr qeyd edib ki, danışıqlarda tərəflər hələlik detalların müzakirə ediləcəyi bu mərhələyə çatmayıb: “Lakin bunlar son nizamlanma üçün vacib bəndlərdir və bölgə xalqlarının hamısı onların həllindən məmnun qalmalıdır”, deyə Uorlik qeyd edib.    

Həmsədrin sözlərinə görə Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması hərtərəfli nizamlanmanın elementlərindən biri olmalıdır. “Vedomosti” nəşrinə müsahibəsini şərh edən amerikalı həmsədr qeyd edib ki, hərtərəfli nizamlanmanın elementlərindən biri Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması olmalıdır: “Bu danışıqların bir bəndi, elementidir”, deyə Uorlik bildirib.   Onun sözlərinə görə, hərtərəfli nizamlanma Dağlıq Qarabağın statusu məsələsini əhatə etməlidir.   Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bir neçə gün əvvəl   “Vedomosti”yə müsahibəsində bildirib ki, təhlükəsizlik təminatı Qarabağ nizamlanmasının elementi olmalıdır. Həmsədr qeyd edib ki, buraya beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi məsələsi daxildir: “Torpaqlar qaytarılarsa, Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün bölgəyə beynəlxalq sülhməramlı qüvvələri yeritmək lazım olacaq”, - deyə o vurğulayıb.   Hələlik sülhməramlı qüvvələrin formalaşdırılması mərhələsinə gəlinmədiyini deyən həmsədr sülhməramlı kontingentin ATƏT, yaxud BMT himayəsi altında olacağını münaqişə tərəflərinin müəyyənləşdirəcəyini və bunun müzakirə predmeti olacağını bildirib.     

Nizamlanma prosesinin prinsip və elementlərinə gəldikdə isə C. Uorlik bildirib ki, onların əksəriyyəti danışıqların Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin himayəsi altında aparıldığı dönəmdə müəyyən edilib: “Söhbət o vaxt görülən işin davamından gedir. Biz yeni məsələləri və yeni yanaşmaları icad etməyə çalışmırıq. Diskussiyanı o vaxt əldə olunanların əsasında davam etdirməyə çalışırıq. Bura bir sıra vacib məsələlər daxildir. Onların arasında Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınlarla bağlı durum və təhlükəsizlik təminatı kimi məsələlər var. Biz bu məsələləri kompleks şəkildə nəzərdən keçiririk”.  (APA)
Sfera.az

OXŞAR XƏBƏRLƏR