Logo

Nəsimi rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərlə Novruz bayramını qeyd etdilər

Nəsimi rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərlə Novruz bayramını qeyd etdilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi rayon İcra

Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar

incəsənət xadimləri  Müdafə Nazirliyinin Bərdə korpusunun "N” saylı hərbi hissəsində xidmət

edən əsgər və zabitlərin görüşünə getmişlər.

Rayon ictimaiyyəti nümayəndələri hərbi hissə komandanlığı ilə birlikdə  hərbi hissədə

xidmət edən gənclərlə görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar.

Hərbi hissədəki əsgər kazarmaları və yeməkxana ilə tanışlıqdan sonra şəxsi heyət ilə keçirilən

təntənəli görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Novruz

Bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərinin yerinə

yetirilməsində müvəffəqiyyətlər arzulamışdır. Natiq Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət

nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə,

ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu, lazım gələrsə Prezidentimizin

əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin

səfərbər ediləcəyini bildirmişdir.

Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin

hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə

ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və

zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə

mükafatlandırılmışdır.

Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş,

Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan

əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz  bayramı tədbirinin təşkilinə görə öz

minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilmiş bu tədbirin  hərbçilərin ruh yuksəkliyinin

qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış incəsənət

ustalarının iştirakı ilə   əsgərlərimiz üçün böyük   konsert proqramı təşkil olunmuşdur.

Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə

mükafatlandırılmış və onlar Nəsimi RİH-nin  nümayəndələri tərəfindən həmin gün evlərinə

çatdırılmışlar.

Nəsimi rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərlə Novruz bayramını qeyd etdilər
Nəsimi rayon ictimaiyyətinin nümayəndələri cəbhə bölgəsində xidmət edən əsgərlərlə Novruz bayramını qeyd etdilər

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR