Polislə sürücülər arasında dava - VİDEO

Polislə sürücülər arasında dava -  VİDEO

Ağdaş və İmişlidə avtoreyd keçirilib.

Sfera.az  Region TV-yə istinadən xəbər verir ki, Ağdaşda yol polisi əməkdaşları axşam saatlarında sürücülərə qarşı keçiriləcək reyd baş tutub.

Saxlanan sürücülərin sənədləri yoxlanılıb. Məlum olub ki, bəziləri sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edirlər.

Qaranlıq havadan istifadə edən bəzi şəxslər özlərini saxlanan avtomobillərin sürücüsü olduğunu gizlətməyə çalışıblar:

“Sürücü mən deyiləm. Qabaqda telefonla danışır sürücü”.

Reyd zamanı yol polisinin saxlama işərəsinə tabe olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş halda avtonəqliyyat vasitəsini idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyənlərə rast gəlinib.

Namiq Qəmbərov - Ağdaş rayon DYPB-nın rəisi: “Tərəfimizdən bir 50 nəqliyyat vasitəsi saxlanılıb. Bunlarda 2 sürücü sərxoş halda idarə etdiyi üçün 10 nəqliyyat vasitəsi duracağa yerləşdirilib. Sürücülük vəsiqəsi olmadığı üçün 10-12 sürücüyə isə tərəfimzidən qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığı üçün inzibati protokollar tərtib olunub”.

Reydlərin qarşıdakı həftlərin şənbə və bazar günlərində də keçirilməsi planlaşdırılır.

İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları da sürücülərə qarşı reyd keçiriblər.

Şəhərin müxtəlif küçələrində postlar qurulub. Reyd zamanı əsasən yol hərəkəti nişanlarının tələblərinə məhəl qoymayan sürücülər saxlanılıb. Bundan başqa kustar üsulla hazırlanmış pərdələrdən istifadə edən həmçinin avtomobilə əlavə avadanlıqlar quraşdıraraq konstruksiya dəyişikliyi edən sürücülər aşkarlanıb. Avtomobili sürücülük hüququ olmadan idarə edən sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb.

Bəzi avtomobillər cərimə meydançasına aparılıb. Qayda pozan sürücülər barəsində inzibati Xətalar Məcəlləsinə uyğun protokollar tərtib edilib. Yollarda təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyan bu kimi reydlərin mütəmadi olaraq keçiriləcəyi bildirilir.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...