Logo

Dövlət çevrilişinə cəhddə ittiham olunan şəxs azadlığa buraxılıb

Dövlət çevrilişinə cəhddə ittiham olunan şəxs azadlığa buraxılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Cəzaçəkmə müəssisəsindən 7 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb.

Əfv olunan məhkumlar arasında 2007-ci ildə dövlət çevrilişinə cəhddə (Səid Dadaşbəyli dəstəsinin üzvü) ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilən 1979-cu il təvəllüdlü Qocayev Samir və 2015-ci ildə Nardaran hadisələrinə görə həbs olunaraq 17 il müddətinə azadlıqdan məhrum edilən 1982-ci il təvəllüdlü Cəbrayılov Rasim Mirzəbaba oğlunun da adı var.

Qeyd edək ki, martın 16-da Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı sərəncam ümumilikdə 431 nəfərə şamil olunur. (Report.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR