“Prezident media ilə bağlı fikirlərini…” - Əli Həsənov

“Prezident media ilə bağlı fikirlərini…” -  Əli Həsənov

“Dünən Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdü və çox geniş müzakirə aparıldı. Prezident Azərbaycan mediası ilə bağlı fikirlərini, düşüncələrini, medianın qarşısında duran vəzifələri, Azərbaycan mediasının dünyadakı yeri və rolu, jurnalistlərin iqtisadi, mənəvi və digər problemlərini təhlil etdi, öyrəndi”. 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Mətbuat Şurasının üzvləri ilə bu və digər məsələlər müzakirə olundu və müəyyən qərarlar qəbul olundu.

PA rəsmisi qeyd edib ki, Azərbaycan dövləti özünü mediadan kənar hiss etmir, medianın qayğılarını öz qayğıları kimi qarşılayır, media nümayəndələrinə qayğı lazımi qayğı göstərir.

Ə.Həsənov bildirib ki, mediaya göstərilən bu qayğı bundan sonra da davam edəcək: “Prezident bunu dünənki çıxışında xüsusi qeyd etdi. Dövlət başçısı onu da vurğuladı ki, Azərbaycan özünü azad mediasız təsəvvür etmir və azad media bizim cəmiyyətin ayrılmaz tərkib hissəsidir”.

Ə.Həsənov Azərbaycan Milli Mətbuatının 140 illik yubileyinin geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb: 

"Bilirsiniz ki, Azərbaycan Prezidenti milli mətbuatın 140 illik yubleyi ilə bağlı xüsusi sərəncam imzaladı, sərəncama müvafiq olaraq tədbirlər planı təsdiq olundu və mətbuat nümayəndələrinin bilavasitə iştirakı ilə Azərbaycan Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Prezident Administrasiyasının təşkilatçılığı ilə mühüm tədbirlər keçirildi".


OXŞAR XƏBƏRLƏR

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...