Azərbaycanda bu ev öz-özünə yanır - VİDEO

Azərbaycanda bu ev öz-özünə yanır -  VİDEO

İndiyədək bir neçə dəfə evlərin öz-özünə yanması barədə xəbər təqdim etmişdik. Növbəti belə hadisə Ağstafada baş verib. Əsgərovlar ailəsinə məxsus ev naməlum səbəblərdən yanır.Əşyalardan başlayan alov sonradan birinci və ikinci mərtəbədəki pəncərələrə keçir. 

Sfera.az Xəzər Xəbər-ə istinadən bildirir ki, ilk olaraq pal-paltar və digər xırda əşyalar yanmağa başlayır.

Daha sonra isə pəncərələri alov bürüyür. Ev öz-özünə yanır. Qeyri-adi hadisə Ağstafanın Qırılı kəndində, Nurəli Əsgərova məxsus evdə baş verib.Alovu söndürmək üçün yanğınsöndürənlər də çağrılıb.Alov ram edilsə də, bir neçə saat sonra digər otaqlarda yenidən başlayıb.

Evin hər iki mərtəbəsində yanğın baş verdiyindən bütün əşyalar həyətə çıxarılıb.Sakinlər evdə yatmağa da qorxurlar.Ailə üzvləri əvvəl alovun ehtiyatsızlıqdan baş verdiyini düşünsələr də,ikinci mərtəbədəki otaqlarda qeydə alınan yanğın onları təəccübləndirib.Həmin otaqda elektirik və qaz xəttləri olmadığından yanğının səbəbi onlar üçün qaranlıq qalır.

Son vaxtlar qərb bölgəsinin sakinləri belə qeyri-adi yanğınlara daha çox şahidlik edirlər.əşyalırın qəfildən alovlanması Ağstafa ilə yanaşı Tovuz və Qazax rayonlarında da baş verib. Amma hələ də, səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...