Logo

​Neft sürətlə bahalaşır

​Neft sürətlə bahalaşır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,32 dollar yaxud 7,18% bahalaşaraq 34,62 dollar/barel təşkil edib.

Sfera.az xəbər verir ki, "report"un məlumatına görə, "Brent" markalı neft isə 2,59 dollar və ya 7,82% bahalaşaraq 35,69 dollar/barelə bərabər olub.

"Report"un Analitik Qrupunun apardığı araşdırma belə bir proqnozla çıxış etməyə əsas verir ki, dünya bazarında neft qiymətləri artıq gələn aydan etibarən yüksəlməyə başlayacaq. Bundan öncə isə qiymətlərin bir daha 30 dollar/bareldən aşağı düşməsi ehtimalı var. Fevralın əvvəlindən etibarən yüksəlişə başlayacaq neft qiymətlərinin əvvəl 38 dollar/barel, daha sonra isə 45-50 dollar/barelə qədər artacağı gözlənilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR