Logo

Azərbaycan ərəb ölkələrinə silah satacaq - FOTOLAR

Azərbaycan ərəb ölkələrinə silah satacaq - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Hazırda bir sıra ölkələrlə müxtəlif çaplı döyüş sursatlarının, bir neçə ərəb ölkəsi ilə RPQ-7V2 qumbaraatanlarının, snayper tüfənglərinin, ABŞ və Rusiya ilə optik nişangahların ixracına dair danışıqlar aparırıq". 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu “Azeri Defence” jurnalına müsahibəsində müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir qeyd edib ki, bunlar real müzakirələrdir: “Bu yaxınlarda İraqdan təklif almışıq. İraqa 500 ədəd RPQ, 500 ədəd minaatan, həmçinin onların döyüş sursatlarını ixrac edəcəyik. Ümid edirəm ki, davam edən danışıqların nəticəsi olaraq, 2015-ci ildə ixrac istiqamətində mühüm nailiyyətlərə imza atacağıq”.

Y.Camalovun sözlərinə görə, Müdafiə Sənayesi Nazirliyi (MSN) 2013-cü ildə 123, 2014-cü ildə isə 100 milyon dollar həcmində ixracat həyata keçirib.

Onun fikrincə, nazirliyin 10 ildir yarandığı, bunun ilk 3-4 ilinin formalaşma dövrü olduğu nəzərə alınsa, qısa müddətdə bu ixrac rəqəminə yetişmələri MSN-in uğuru hesab oluna bilər.

Sfera.az Azərbaycan ərəb ölkələrinə silah satacaq - FOTOLARAzərbaycan ərəb ölkələrinə silah satacaq - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR