DSX: Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir
Kateqoriya məlum deyil
Ermənistan Respublikasının bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.
Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.
Hazırda araşdırma işləri davam edir.






