Mənzil alan vətəndaşlara - XƏBƏRDARLIQ

Mənzil alan vətəndaşlara -  XƏBƏRDARLIQ

Vətəndaşlar Mənzil-tikinti kooperativləri ilə bağlı ehtiyatlı olsunlar. 

Tanımadıqları şəxslərlə əlaqəyə girməsinlər. Bununla bağlı idarə tərəfindən tikilməkdə olan mənzillərin vahid reyestrinin aparılmasına dair təkliflər hazırlanıb və müvafiq qurumlara göndərilib.

Bunu bu gün I yarımil ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə bağlı keçirilən mətbuat konfransında baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, vətəndaş mənzil alanda problemli olub-olmamasını yoxlamalıdır: "Son zamanlar vətəndaşlar bu məsələdə ayılıblar. Son 2-3 ildə mənzil kooperativləri ilə bağlı aldadılma halları yoxdur. Qaldırılmış cinayət işləri isə daha əvvəlki illərə aiddir. Mənzil tikinti kooperativlərinin arxasında oliqarxların olması fakti qeydə alınmayıb".

K.Əliyev sonra qeyd edib ki, "Sevil Massivi" ilə bağlı cinayət işi yekunlaşıb: "5 nəfər barəsində cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib. Vətəndaşlara vurulan ziyanın yarıdan çoxu ödənilib. Digər borcların ödənilməsi üçün cinayəti törədənlərin əmlakları üzərinə həbs qoyulub".


OXŞAR XƏBƏRLƏR

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...

Prezidentin ötən gün açılışında iştirak etdiyi məktəbdən görüntülər - VİDEO

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...