Bu "Tofaş"ı 50 minə satırlar: SADƏ BİR SƏBƏBƏ GÖRƏ - FOTO

Bu "Tofaş"ı 50 minə satırlar: SADƏ BİR SƏBƏBƏ GÖRƏ -  FOTO
Türkiyənin Giresun vilayətinin avtomobil salonunda prezident Rəcəb Tayyib Ərdoğanın adının baş hərflərini daşıyan "06 RTE 28" nömrəli avtomobil 50 min lirəyə satışa çıxarılıb.
 
Sfera.az faktxəbər-in məlumatına istinadən xəbər verir ki, salon sahibi Bahtiyar Baker açıqlamasında 1994-cü il model "Tofaş Şahin" avtomobilinin satılmaq üçün onlara verildiyini deyib.
 
Üç gündür salonda olan "06 RTE 28" nömrəli maşını 50 min lirədən satışa çıxardıqlarını bildirən Baker, bir çox alıcının onlarla əlaqəyə girdiklərini bildirib.
 
Avtomobilə diqqətin çox olduğunu deyən Baker "Anadolu" agentliyinə belə söyləyib:
 
 "Xüsusilə bələdiyyə sədrləri və AK Partiya üzvləri Rəcəb Tayyib Ərdoğanın adının baş hərflərini daşıması və Giresun nömrəsinin 28 olması səbəbindən maşını almaq istəyənlər çoxdur. Bu günə qədər ən ciddi təklif 30 min lirə ilə bir bələdiyyə sədri tərəfindən edilib. Biz xüsusi nömrəli olduğu üçün 50 min lirə istəyirik. Ona görə də gələn təklifləri rədd etdik. Bu qiymətdən aşağı da satmayacağıq."

OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...