İcra başçısının milyonluq villası və xaricdən gətirtdiyi itlər - FOTOLAR

İcra başçısının milyonluq villası və xaricdən gətirtdiyi itlər -  FOTOLAR
Bu villaların qapısının qarşısında bahalı maşınların dayandığını qeyd edən kənd sakinləri, icra başçısının İlisuda xüsusi hörmətə sahib olan itlərini də unutmayıblar.
Heç kimə sirr deyil ki, bir çox ölkələrdən fərqli olarpaq Azərbaycanın ən varlı insanları iş adamları deyil, məmurlardır. 
O məmurlar ki, aldıqları maaşları 500-1000 manat arasında olmasına baxmayaraq, hər gün xərclədikləri cib xərclikləri 2-3 min manat olur. Bu məmurların bahalı maşınları və milyonluq villaları isə hər yerdə hər kəsin gözlərini qamaşdırır. Bəs bu qədər varidata, cah-cəlala məmurlar necə sahib olurlar? Təbii ki, dövlətin pullarını talan etməklə və rüşvət almaqla.
Qeyd edək ki, ölkə prezidenti bir müddət əvvəl Səbail rayonunda yerləşən «Dostluq» parkında inşa edilən milyonluq vilların sökülməsi üçün tapşırıq verdi. Təsadüfi deyil ki, möhtərəm prezidentimizin özünün də qeyd etdiyi kimi həmin milyonluq villaların sahibləri tapılmadı. Çünki bu vilların sahibləri çıxıb deyə bilməzdilər ki, bu villa mənimdi və mənim bu villa üzərində mülkiyyət hüququm var. Onda o məmurlar həmçinin bu villaları hansı qazancla əldə etdiklərini də açıqlamaq məcburiyyətində qalardılar. 
AzMedia.info saytının əməkdaşı bu yaxınlarda Qax rayonunun İlisu kəndində olarkən kəndin ən mənzərəli yeniində dağları qoynunda Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəninin villasının şəkillərini çəkib. Yerli sakinlərin bildirdiyinə görə icra başçısı yay aylarında bu villada yaşayır. İlisudakı karyerləri qanunsuz olaraq ələ keçirib işlədən Zaqalanın icra başçısı, bu kənddə demək olur ki, sevilmir. Sakinlər bildirir ki, gündə 12 saat müddətində karyerdə kənd sakinlərini çalışdıran icra başçısı onlara qəpik-quruş verir. 
Əməkdaşımıza Mübariz Əhmədzadənin İlisu kəndindəki milyonluq villasından danışan kənd sakinləribaşçının xidməti maşını olan 62 AA 001 dövlət nömrə nişanlı maşının həmişə villanın qqarşısında dayandığını bildiriblər. Villanın qonaqlarının çox olduğunu və daima bu villarnının qapısının qarşısında bahalı maşınların dayandığını qeyd edən kənd sakinləri, icra başçısının İlisuda xüsusi hörmətə sahib olan itlərini də unutmayıblar.
Sakinlər bildirir ki, villanın qoruyucuları olan bu itləri Mübariz Əhmədzadə xüsusi olaraq Almaniydan gətizdirib. İtlərin xüsusi baxısısı var və bu itlərə Bakıdan, ya da Gürcüstandan xüsusi yem gətizdirilir. İlisuda bu itlərə heç kimə toxuna bilməz. İtlərin əsas vəzifəsi isə Mübariz Əhmədzadəninin villasını kənar adamlardan qorumaqdır. Xüsusi təlim görmüş bu itlər villaya icazəsiz girən heç kimə göz açdırmır.
Mübariz Əhmədzadə bu villanı hansı qazancı ilə əldə etməsi ilə bağlı ictimaiyyəti maraqlandıran suallara açıqlıq gətirsəydi biz öz adımızdan hörmətli başçıya minnətdar olardıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sfera.az  AzMedia.infoya istinadən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin villasının şəkillərini təqdim edir: 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...