Logo

İran silkələnir: hər kəs Qarabağ deyir - VİDEO

İran silkələnir: hər kəs Qarabağ deyir - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Güney Azərbaycanın Təbriz şəhərinin "Traktor” komandasının azarkeşləri bugünkü qarşılaşmadan 2 saat əvvəl stadiona gələrək, şüarlar səsləndiriblər.

Azarkeşlər "Traktor” – "Pədidə” qarşılaşmasının 15-ci dəqiqəsində ana dili probleminə, 27-ci dəqiqəsində isə Qarabağ probleminə diqqət çəkiblər.

Meydanda olan soydaşlarımız bildiblər ki, onların arasında sarı geyimli polis əməkdaşları var və onlar hər vəchlə şüarların qarşısını almağa çalışırlar.

Stadionda 50 min "Traktor” azarkeşinin olduğu bildirilir.

Qeyd edək ki, N.Paşinyanın İranda "Ararat” klubunda erməni icması ilə görüşü zamanı "Qarabağ Ermənistandır və Son” plakatı qaldırılıb. İran dövlətinin bu plakatın qaldırılmasına göz yummasına etiraz olaraq, güneyli fəallar "Traktor”un hər oyununun 27-ci dəqiqəsində Qarabağ məsələsinə diqqət çəkəcəklərini bildiriblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR