Bakıda yol polisi sürücüyə məhkəmədə uduzdu - VİDEO

Bakıda yol polisi sürücüyə məhkəmədə uduzdu -  VİDEO
Bakı şəhər sakini Seymur Mahir oğlu Civişov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) əməkdaşı tərəfindən ona yazılmış inzibati protokolun məhkəmə tərəfindən ləğv edilməsinə nail olub. 

Bu barədə avtosfer.az saytına məlumat verən sürücü Seymur Civişov bildirib ki, DYP-nin haqsız qərarına qarşı Nizami rayon Məhkəməsi tərəfindən ədalətli addım atılıb: 

“Bu il fevralın 26-da “Komsamol dairəsi” ilə hərəkət etdiyim zaman məni 10 YP 454 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan inspektor Axundzadə Rəsul Elçin oğlu saxladı və mənə könüllü surətdə yol vermiş avtomobilin sürücüsünə qarşı qayda pozuntusu etdiyimi bildirdi. Mən Axundzadə Rəsul Elçin oğluna etiraz etdiyim zaman o, mənı könüllü olsa belə keçməməli olduğumu söylədi və etmədiyim inzibati pozuntuya görə İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi uzrə inzibati xəta haqqında MYP 212558 nömrəli protokol tərtib etdi. 

Mən 01.03.2015 tarixində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərovun adına inzibati protokoldan şikayət ərizəsi göndərdim və iştirakımla işə baxılmasını xahiş etdim. Müraciətim uzun müddət cavabsız qaldığından və cərimənin üzərinə faiz gəldiyini görüb problem yaranmaması üçün cəriməni ödədim:

“Məhkəmə qərarında da göstərilir ki, mənim daimi yaşayış yerim müraciətlərimdə qeyd olunsa da, iştirakım olmadan həmin protokolla bağlı qərar çıxarılıb və sistemə vurulub. Yalnız 30.04.2015 tarixində müraciətimə cavab olaraq araşdırma zamanı Z.T.Kazımov tərəfindən müəyyən olmunub ki, mən 2.4 - “Yol ver” nişanının tələbini pozaraq yolayrıcının keçmə qaydasını pozduğum təsdiqini tapıb və bu, YPX maşınındakı görüntülər vasitəsilə sübut olunub. Nəzərinizə çatdırım ki, orada 2.4 - “Yol ver” nişanı yoxdur, 2.5 “Dayanmadan keçmək qadağandır” və 4.3 “Dairəvi hərəkət” nişanları var.

Mən müraciətimin obyektiv şəkildə araşdırılmadığını görüb 30.04.2015 tarixində Nizami Rayon Məhkəməsinə müraciət etdim. Hakim nəqliyyat vasitəmdə olan videogörüntünü izləyərək MYP 212558 protokol əsasında verilmiş qərarı ləğv elədi və inzibati xəta haqqında iş üzrə icraata xitam verdi. Məhkəmə qərarında qeyd olunub ki, sürücü barəsində İXM-nin 151.2-ci maddəsi əsasında çıxarılmış qərarda həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkinin olması sübuta yetirilməyib”.

Maraqlısı budur ki, Bakı şəhər Dövlət Yol Polisinin nümayəndəsi məhkəməyə dəvət olunsa da, prosesdə iştirak etməyib. Bu səbəbdən də məhkəmə işə DYP-nin nümayəndəsi olmadan baxaraq qərar çıxarıb.

OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...