Logo

Cahangir Hacıyev yenidən “İnter”in oyununda

Cahangir Hacıyev yenidən “İnter”in oyununda
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İnter"in sahibi, Beynəlxalq bankın sabiq rəhbəri Cahangir Hacıyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra ilk dəfə ictimaiyyət önündə görünüb.

Sfera.az qol.az-a istinadən xəbər verir ki, o, komandasının Avropa Liqasının II təsnifat mərhələsinin "Hafnarfyordur"la cavab görüşünü izləyib.

Oyunu klubun prezidenti Georgi Nikolovla birgə izləyən C.Hacıyev "İnter" tarixində ilk dəfə Avropa Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlməsinin şahidi olub.

Qeyd edək ki, öz meydanında "Hafnarfyordur"la 2:2 bərabərə qalan "İnter" tarixində ilk III təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Hacıyevin komandası bu mərhələdə İspaniyanın "Atletik" (Bilbao) klubu ilə qarşılaşacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR