Logo

Hacı İbrahim Vergilər Nazirliyini məhkəməyə verdi

Hacı İbrahim Vergilər Nazirliyini məhkəməyə verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Avesta Konserni” MMC Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər vergilər departamentini məhkəməyə verib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycan Ali Məhkəməsində baxılır.

Vergi borcunun məbləği açıqlanmır.

“Avesta Konserni” MMC-nin sahibi Hacı İbrahim Nehrəmli “Report”a açıqlamasında şirkətin vergi orqanlarını məhkəməyə verməsindən xəbərsiz olduğunu deyib.

***

“Qafqazinfo” məsələ ilə bağlı Vergilər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Şahin Məmmədovla əlaqə saxlayıb. O “Avesta Konserni” nin  Vergilər Nazirliyini məhkəməyə verdiyini təsdiqləyib: “Avesta Konserni” MMC  ona hesablanmış torpaq vergisini məhkəmədə mübahisələndirib və hazırda məhkəmə çəkişməsi davam edir”.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR