İŞİD 700 kamikadzeni hərəkətə keçirdi: hədəfdə azərbaycanlılar da var

İŞİD 700 kamikadzeni hərəkətə keçirdi: hədəfdə azərbaycanlılar da var

Suriyanın Kobani, Heseke və Hələb, İraqınsa Kərkük və Tikrit bölgələrində ağır məğlubiyyətlərlə üzləşən İŞİD öz üzvlərini ruhlandırmaq üçün bir çox ölkələrdə terror aktı törətməyə hazırlaşır.



Sfera.az xəbər verir ki, Türkiyənin “Yeni Şafak” qəzeti terror təşkilatının 700-ə qədər canlı bomba hazırladığını yazıb.



Hədəfdə Azərbaycan əsilli türkmanların vətəni olan Kərkük və Tikrit şəhərləri, həmçinin, İŞİD-in məğlub olduğu yerlər var.



Həmçinin, İŞİD kamikadzelərinin bir qismi ABŞ, Kanada, Avropa Birliyi ölkələri, eləcə də Rusiya və Türkiyə kimi ölkələrə göndərilib. Digər qismi də göndərməyə hazırlanır. Artıq may və iyul aylarında 120 kamikadze hərəkətə keçib. İlin sonuna qədər digər kamikadzelərin də göndəriləcəyi deyilir.



İddialara görə, kamikadzelər getdikləri ölkələrə yerləşərək məqamı gözləyəcəklər. İŞİD-ə qarşı hücumlar olacağı təqdirdə canlı bombalar işə düşəcək. Bütün bu işləri isə Mosulda 3-ü çeçen olan 9 nəfərlik qrupun idarə edəcəyi haqda məlumatlar var.



Bu arada Kərkükün polis rəisi Serhat Kadir “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, İŞİD üzvü olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirilib və 21 nəfər həbs olunub


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...