Logo

Obama nənəsi ilə yeməkdə - VİDEO

Obama nənəsi ilə yeməkdə - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ prezidenti Barak Obama ata yurduna səyahət zamanı nənəsi və digər ailə üzvləri ilə şam yeməyində olub.

Anspress-in "Reuters"ə istinadən verdiyi məlumata görə, Obama, onun nənəsi Sara Obama, ögey bacısı Auma Obama və onlarla digər qohumlar prezidentin qaldığı Nayrobi otelində şam yeməyində iştrak ediblər.

Bundan əvvəl xəbər verilmişdi ki, Obamanı Keniya paytaxtının aeraportunda ölkə prezidenti Uxuru Keniata qarşılayıb. Liderin gəlişi münasibətilə təhlükəsizlik tədbirləri gücləndirilib. 10 min əsgər hazırda Keniya paytaxtını qoruyur.

Barak Obama burada Afrikada sahibkarlıq mövzusunda keçiriləcək konfransa iştirak edəcək. Səfər zamanı biznes və investisiyalardan başqa təhlükəsizlik və terrorizmlə mübarizə mövzuları da müzakirə olunacaq.

53 yaşlı Barak Hüseyn Obama ABŞ-ın 44-cü Prezidentidir. O, Afrika ölkələri Keniya və Efiopiyaya rəsmi səfər edən ilk ABŞ prezidenti kimi tarixə düşəcək.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR