Azərbaycanda yeni assosiasiya yaradıldı

Azərbaycanda yeni assosiasiya yaradıldı
Azərbaycanın kəndlərində fəaliyyət göstərən fermer qadınların iştirakı ilə Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) yaradılıb.

Sfera.az xəbər verir ki, bu gün assosiasiyanın təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, bu assosiasiya vasitəsilə qadınlar regional və ölkə səviyyəsində şəbəkələşəcək.

"Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş assioasiyasiyanın 350 üzvü var. Biznesini qurmaq istəyən üzv qadınlara əllərindəki vəsaitə uyğun birdəfəlik qrant ayrılır. Bu ayın sonuna qədər AKQA-ya 500 nəfər kənd qadınını özündə birləşdirən 40 Qadın İnkişaf Qrupunun üzv olması gözlənilir. Assosiasiyanın özəyi olan Qadın İnkişaf Qruplarının yaradılmasına ötən ilin martından Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi II Kənd İnvestisiya Layihəsi çərçivəsində başlanılıb. İndiyə qədər 361 qadını özündə birləşdirən 30 Qadın İnkişaf Qrupu yaradılıb. Bunlardan 17-si artıq aqrar sahədə biznes qurub. Vəzifəmiz ilk növbədə kənd təsərrüfatını inkişaf etdirmək olsa da, kənd yerlərində məşğulluğun artırılması, əhalinin rifah halının yaxşılaşdırılması məqsədilə qadınların bütün təşəbbüslərini dəstəkləyirik", - o qeyd edib.

Report.az

OXŞAR XƏBƏRLƏR

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Bu...

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...