Dənizdə batan 2 nəfərin meyiti tapıldı
Kateqoriya məlum deyil
Dünən Xəzər rayonu ərazisində iki nəfər dənizdə üzərkən boğulub.
Sfera.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə “Sahil-1” sularda xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə baş verib. Vətəndaşların meyitləri dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:15-də başa çatıb.






