İlham Əliyevin tapşırığı ilə daha bir endirim

İlham Əliyevin tapşırığı ilə daha bir endirim

Ölkə prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizm sahəsi ilə əlaqədar səsləndirdiyi iradlardan sonra əksər hotellərdə xidmətlərin qiymətləri endirilib. 

Sfera.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının prezidenti Nahid Bağırov deyib.

O bildirib ki, hazırda AzTA və Mədəniyyət və Turizm Nazirliyi hotellərdə otaq nömrələrinin qiymətlərinin endirilməsi ilə bağlı işlər aparır, görüşlər keçirir: "Bunun nəticəsi olaraq, artıq əksər hotellər qiymət siyasətinə yenidən baxaraq müəyyən endirimlər edib, otaq nömrələrinin qiymətlərini minimum 20-30 faiz ucuzlaşdırıblar.

N.Bağırov qeyd edib ki, endirimlərin bundan sonra da davam etməsi gözlənilir və hazırda bu istiqamətdə işlər aparılır: “Artıq əksər hotellər qiymətlərdə endirimlər edilir. Biz bu barədə yaxın müddət ərzində ictimaiyyətə əlavə məlumat verəcəyik”.

Assosiasiya sədri deyib ki, brend hotellərin fəaliyyətinin koordinasiyası Bakıdan olmadığı üçün yalnız yerli - Bakı və regionlarda yerləşən hotellərdə qiymət siyasətinin dəyişdirilməsi üçün danışıqlar aparılır: “Qiymətlərin aşağı salınması elə də asan məsələ deyil. Çünki hotellər şirkətlərlə müqavilə bağlayır və fəaliyyətlərini bu istiqamətdə qururlar. Bu müqavilələr dəyişdirilməlidir”.

Assosiasiya sədri bildirib ki, əslində, Gürcüstanla müqayisədə Azərbaycanda “beş” ulduzlu hotellərin qiymətləri ucuzdur: "Gürcüstanda 5 ulduzlu hoteldə bir otaq nömrəsinin bir günlük qiyməti 320 dollar olduğu halda, Azərbaycanda bu qiymət 240-150 dollar arasında dəyişir. Gürcüstanda “iki”, “üç” ulduzlu hotellər çox olduğundan turistlər bu hotellərdə qalmağa üstünlük verirlər. Bizdə “iki”, “üç” ulduzlu hotellərin olmaması bu baxımdan problem yaradır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanda, xüsusilə bölgələrdə hotellərin qiymətinin baha olduğunu deyib: “İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. Hazırda Bakıda otellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq "beş" ulduzlu olmayan otellərin qiymətləri bahadır. Bölgələrdə, rayon yerlərində elə qiymətlər qoyurlar ki, heç adam oraya getmək istəmir”.

Azərbaycanda "üç" ulduzlu otellər azdır, "iki" ulduzlu otellər yoxdur: “O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və "üç" ulduzlu, "iki" ulduzlu otellərin tikintisi. Yaxşı olardı ki, Mədəniyyət və Turizm Nazirliyi də bu məsələlərlə bağlı tövsiyələr versin və eyni zamanda, sahibkarlar da bunları eşitsinlər”.


OXŞAR XƏBƏRLƏR

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin pilotsuz uçuş apar...

Daha bir tiktokerin həbs müddəti uzadıldı

Polis tərəfindən “TikTok” əməliyyatlarında saxlanılan “Magerramov” ləqəbli tiktoker Əmrah Məhərrəmovun həbs müddəti uzadılıb.   ...

Metrodan istifadə edənlərin diqqətinə!

“Bakı Metropoliteni” QSC metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatdan istifadə sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanınd...