Logo

Ramil Usubov idmançını DYP rəisi təyin etdi - FOTO

Ramil Usubov idmançını DYP rəisi təyin etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Daxili işlər naziri general-polkovnik Ramil Usubov yeni rəis təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ramil Usubovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Mehman FətəliyevSəbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. O, bu təyinata qədər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi olub.

Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (RPİ DYP) şöbəsinin yeni rəisi, polis polkovnik-leytenantı Mehman Fətəliyev yeni idman növlərindən sayılan qrapplinqlə məşğul olur. Bir neçə uğurlara imza atan polis zabiti sonuncu dəfə Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanmışdı.

Ramil Usubov idmançını DYP rəisi təyin etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR