Logo

Bakıda bu tarixdə nəqliyyat pulsuz olacaq

Bakıda bu tarixdə nəqliyyat pulsuz olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bakıda keçiriləcək Avropa Liqasının final oyunu günü nəqliyyat pulsuz olacaq.

Sfera.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Növbəti Hesabat Konfransında deyib. O, bildirib ki, bilet sahibləri və akkreditasiyası olan şəxslər nəqliyyatdan pulsuz istifadə edə biləcəklər:

"Üç gündən sonra UEFA onlayn bilet satışına başlanılacaq. Çalışın, bileti tez alın. Dekabrda UEFA-nın VİP biletləri satışa çıxdı. 1500 bilet elə həmin ay satıldı. Azərbaycan daxilindən cəmi 19 bilet alındı. Gözləntimiz hava limanı vasitəsilə 20 min azarkeşin Bakıya gəlişidir. Oyun saat 23:00-da başlanacaq. Akkreditasiya və bilet sahibləri üçün oyun günü nəqliyyat ödənişsiz olacaq. Bu, böyük addımdır və dövlətimizə AFFA adından minnətdarıq”.

Qeyd edək ki, final mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR