Qayınata gəlinini güllələdikdən sonra başını kəsib - TƏFƏRRÜAT

Qayınata gəlinini güllələdikdən sonra başını kəsib -  TƏFƏRRÜAT

Bu gün Qusar rayonunda gəlini ilə mübahisə edən qayınata onu güllələyib. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 25-də Qusar rayonunun Avaran kənd sakini Amaxan Nəzərov yaşadığı evdə münaqişə zəminində gəlini Sevinc Məmmədovaya tüfəngdən açdığı atəşlə xəsarət yetirib. Nəticədə S.Məmmədova hadisə yerində ölüb. Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəzərov tutulub, hadisəni törədərkən istifadə etdiyi “İJ-16” markalı tüfəng götürülüb. 

***

Gəlinini ov tüfəngi ilə güllələyən kişi atəş açıdıqdan sonra onun başını kəsib. 

Qusar rayonunda 77 yaşlı kişinin törətdiyi qətlin təfərrüatları ans press-ə bəlli olub. Rayon prokurorunu köməkçisi Azad Əliyev bölgə müxbirimizə açıqlamasında, hadisənin 25 iyul gecə saat 3 radələrində törədildiyini bildirib.

1938-ci il təvəllüdlü Avaran kənd sakini Amaxan Nəcərov ailə münaqişəsi zəminində özünə məxsus ov tüfəngi ilə birgə yaşadığı 1977-ci il təvəllüdlü gəlini Sevinc Məmmədovanın sinə nahiyəsinə atəş açıb. Güllə yarasından ölmədiyini gördükdə isə, evdən götürdüyü bıçaqla qadının boynunu kəsib. Gəlininin öldüyünə əmin olduqdan sonra əlindəki qanlı bıçaqla Polis Şöbəsinə gələrək könüllü şəkildə təslim olub.   //“Qafqazinfo

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...